Gürcüstan otellərində “İsveç stolu”ndan imtina edilir


Dünya 29 May 2020 13:50:44 202 0

Gürcüstan otellərində “İsveç stolu”ndan imtina edilir

Gürcüstan mehmanxalarında “İsveç stolu” artıq olmayacaq.

Gürcüstan mehmanxalarında “İsveç stolu” artıq olmayacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Mehmanxana və Restoranlar Federasiyasının rəhbəri Şalva Alaverdaşvili bildirib.

O deyib ki, bütün otellər bu yeni tənzimləməyə riayət etməli olacaqlar:“Restoranlarda qidalanma konsepsiyasına əsaslı şəkildə yenidən baxılacaq. Mahiyyət ondan ibarətdir ki, qonaqlar ümumi boşqab, qaşıq və çəngəllərə toxunmayacaqlar”.

Ş.Alaverdaşvili əlavə edib ki, mehmanxalardakı su hovuzları ilə bağlı yeni qaydalara əsasən şezlonqlar arasında məsafə 2 metr təşkil etməlidir.

Qeyd edək ki, qonşu ölkədə otellər iyunun 8-dən etibarən fəaliyyətini bərpa edəcək.