"Azərbaycanın məcburi köçkünləri özlərinin əvvəlki atababa yurdlarına yenidən qayıdacaqlar"


Siyasət 29 May 2020 12:41:00 143 0

"Azərbaycanın məcburi köçkünləri özlərinin əvvəlki atababa yurdlarına yenidən qayıdacaqlar"

"Məcburi köçkünlərin problemlərinin həllinə dair Azərbaycan dövlətinin siyasətinin əsas prinsipləriylə bağlı ölkə başçısı növbəti dəfə bu günlərdə maraqlı mesajlar verdi".

Bunu Son.az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O, "Qobu Park-3" yaşayış kompleksinin açılışında Prezident İlham Əliyevin bu gün məcburi köçkünlərin şəhərciklərdə, mənzillərdə yaşamasının müvəqqəti bir hal olduğunu vurğulamasını böyük starteji əhəmiyyətə malik olan bir yanaşma adlandırıb:

"Məcburi köçkünlərin problemlərinin həllinin Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətərindən biri olmasına ölkə ictimaiyyəti və dünya ictimaiyyəti bir daha şahid oldu. Məcburi köçkünlərin problemlərinin həlliylə bağlı bu gün Azərbaycan dövləti bir neçə istiqamətdə iş aparır. Bunlardan ən birincisi onların hazırda yaşayış şəraitinin, mənzil şəraitinin yaxşılaşdırılması və rifah hallarının gücləndirilməsi ilə bağlı atılan tədbirlərdir ki, bunlarla bağlı Prezident İlham Əliyev çox maraqlı faktları göstərdi. Digər tərəfdən bu gün məcburi köçkünlərin onlar üçün tikilmiş şəhərciklərdə, mənzillərdə yaşamasının müvəqqəti bir hal olduğunun Prezident tərəfindən vurğulanması olduqca böyük starteji əhəmiyyətə malik olan bir yanaşmadır. Çünki bu, bir daha dünyada məcbri köçkünlərimizdə və Azərbaycan cəmiyyətində möhkəm rəy yaradır ki, Azərbaycanın işğal olunmuş torpaqları mütləq geri qaytarılacaq. Bu, işğal olumuş torpaqlarımızın azad olunmağından sonra Azərbaycanın məcburi köçkünləri özlərinin əvvəlki ata-baba yurdlarına yenidən qayıdacaqlar və orada yaşamaqda davam edəcəklər. Çünki Prezident haqlı olaraq qeyd etdi ki, Azərbaycan cəmiyyətində bəziləri şübhə toxumları səpməyə çalışırlar ki, güya, məcburi köçkünlər işğaldan azad olunmuş torpaqlara qayıtmaq istəməyəcəklər və s. Ancaq Prezident çox əsaslı arqumentlərlə göstərə və inandıra bildi ki, məcburi köçkünlər bizim torpaqlarımız azad olunduqdan sonra öz əvvəlki yurdlarına həvəslə qayıdacaqlar. Çünki bu torpaqlarda yaratmaq, bu torpaqları abadlaşdırmaq və bu torpaqları Azərbaycanın ayrılmaz hissəsi kimi abadlaşdırmaq həm dövlətin, həm də məcburi köçkünlərin özlərinin marağında və istəyində olan bir məsələdir".

Siyasi ekspert Azərbaycan dövlətinin məcburi köçkün probleminin həllində başqa ölkələrin yanaşmasından praktik şəkildə fərqini göstərən əsas amilləri sadalayıb:

"Qarabağ probleminin həlli ilə bağlı Prezidentin yanaşması xüsusilə önəmlidir. Çünki Prezident br daha Qarabağ probleminin həllində Azərbaycanın dəqiq və aydın mövqeyini göstərdi ki, mərhələli həlldən başqa mümkün variant yoxdur. Çünki yalnız bu variantla Qarabağ problemini birdəfəlik, tam şəkildə həll etmək mümkündür. Məcburi köçkünlər Azərbaycan cəmiyyətinin bu gün ən həssas təbəqələrindən biridir. Ancaq Prezidentin yanaşmasında Azərbaycanın məcburi köçkünlərlə bağlı siyasətinin mahiyyətinin başqa ölkələrin apardığı anoloji siyasətdən fərqli cəhətləri də diqqət cəlb edir. Bilirik ki, bir çox dünya ölkələrinin məcburi köçkün problemi var. Amma Azərbaycanın bu problemin həllinə yanaşması başqa ölkələrdən köklü şəkildə fərqlənir. Bu da məcburi köçkünlərin əslində elə bir yaşayış səviyyəsi ilə təmin olunmasıdır ki, onlar özlərinin məcburi köçkün olduğunu müvəqqəti olaraq hiss etməsinlər. Yəni, Azərbaycan cəmiyyətinin əsas hissəsi ilə tam qaynayıb qarışa bilsinlər, mənzil-məişət şəraitləri, məşğulluqları yüksək səviyyədə olsun və torpaqlar da azad olunandan sonra onların öz yurdlarına həvəslə qayıdışları təmin olunsun. Bax bu, Azərbaycan dövlətinin məcburi köçkün probleminin həllinə yanaşmasının başqa ölkələrin yanaşmasından praktik şəkildə fərqini göstərən amillərdir". 

Təhməz Təkin Son.az