Azərbaycanlı müğənninin həyat yoldaşı hamiləlik


Şou-biznes 29 May 2020 12:23:00 199 0

Azərbaycanlı müğənninin həyat yoldaşı hamiləlik

Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Elman Zeynalovun həyat yoldaşı Marqarita Soy hamiləlik fotoları ilə gündəmdədir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bir nçə həftə sonra ana olmağa hazırlaşan koreyalı model sonuncu dəfə Elmanla kamera qarşısına keçib.

O, həyat yoldaşı ilə birgə bölüşdüyü şəkillərə "Mən səni sevirəm. Çünki məni sən yaratdın, həyatımı dəyişdirdin. Səni bir cümə günü gördüm və sevməyə qərar verdim" sözlərini yazıb.

Qeyd edək ki, Elman Marqarita ilə ötən ilin dekabrında evlənib. Cütlük martda valideyn olacaqlarını bildirib.