ABŞ-ın lüks mağazalar şəbəkəsinin satışları 40% azalıb


İqtisadiyyat 29 May 2020 11:44:01 158 0

ABŞ-ın lüks mağazalar şəbəkəsinin satışları 40% azalıb

Şirkətin xalis satış dəyəri 39,4% azalıb

Mayın 2-də başa çatan I rüb üzrə ABŞ-ın lüks mağazalar şəbəkəsi “Nordstrom Inc” onlayn satışları ötən ilin eyni dövrü ilə müqayisədə 5% artaraq 1,1 milyard ABŞ dollarına çatıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, cari dövrdə koronavirus pandemiyasının təsiri ilə şirkətin ümumi satışları təxminən 40% azalıb.

Hesabat dövründə şirkətin xalis satış dəyəri39,4% azalaraq 2,03 milyard ABŞ dollarına enib. Bundan başqa, “Nordstrom” 521 milyon ABŞ dolları və ya hər səhm üçün 3,33 ABŞ dolları dəyərində xalis zərəri açıqlayıb.

Məlumatda bildirilir ki, “Nordstrom” kiçik bazarlarda olan təxminən 40%-ə yaxın mağazasını yenidən açıb. İyun ayının sonuna qədər isə Kaliforniya və Nyu-York kimi əsas bazarlarda da bütün mağazalar şəbəkəsini yenidən açmağı planlaşdırır.

“Biz likvidliyi artıraraq mal-materal ehtiyatlarımızı 25%-dən çox, nəğd pul itkilərini 40%-dən çox azaltmaqla maliyyə dayanıqlılığımızı uğurla gücləndirdik. Hazırda biz II rübə güclü bir şəkildə daxil oluruq”, - deyə şirkətin baş icraçı direktoru Erik Nordstrom deyib.