Füzulidə avtomobil aşdı, ölən və yaralanan var


Sosial 29 May 2020 12:18:28 154 0

Füzulidə avtomobil aşdı, ölən və yaralanan var

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.&

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN)Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, hadisə mayın 28-dəBabı kəndi ərazisindəqeydə alınıb.

Belə ki,3-cü Zobucuq qəsəbə sakini Fuad Əliyev idarə etdiyi “VAZ-21214” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.