Türkiyə iqtisadiyyatı 4,5% artıb


İqtisadiyyat 29 May 2020 12:36:56 190 0

Türkiyə iqtisadiyyatı 4,5% artıb

Hesabat dövründə mal və xidmət idxalı 22,1% artsa da, ixrac 1% azalıb

Bu ilin I rübündə Türkiyənin ümumi daxili məhsulu (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% artıb.

“Report” bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Məlumata görə, eyni dövrdə informasiya və rabitə sektoru 10,7%, sənaye 6,2%, dövlət idarəetməsi, təhsil, insan sağlamlığı və sosial xidmət sektoru 4,6%, kənd təsərrüfatı 3%, daşınmaz əmlak sektoru 2,4%, maliyyə və sığorta sektoru 1,6% artıb, tikinti sektoru isə 1,5% kiçilib.

Hesabat dövründə mal və xidmət idxalı 22,1% artsa da, ixrac 1% azalıb. Bundan başqa, əməkhaqqı 14,6%, xalis əməliyyat mənfəəti isə 19,6% artıb.