Azərbaycan nefti 3 dollardan çox bahalaşıb


İqtisadiyyat 29 May 2020 10:29:32 138 0

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb

​Azərbaycan nefti 3 dollardan çox bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 3,41 ABŞ dolları, yaxud 9,7% artıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 38,54 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.