Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb


Digərləri 29 May 2020 10:35:00 146 0

Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb

2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,88 faiz artaraq 12,98 milyon dollar təşkil edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Aprel ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10,92 faiz azalıb və 2,719 milyon dollara bərabər olub.

2020-ci ilin yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz azalaraq 4,798 milyard dollar təşkil edib.

Hesabat dövründə hazır geyim ixracı Türkiyənin ümumi ixracının 9,3 faizini təşkil edib.