Braziliyada sutka ərzində 1 156 nəfər koronavirusun qurbanı olub


Dünya 29 May 2020 08:51:00 134 0

Braziliyada sutka ərzində 1 156 nəfər koronavirusun qurbanı olub

Braziliyada koronavirusdan ölüm hallarının sayı son sutka ərzində 1 156 olmaqla 26 754-ə yüksəlib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Ümumilikdə ölkədə yoluxanların sayı son sutkada 26 417 olmaqla 438 238 nəfərə çatıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Braziliyanın San-Paulu (95 min) və Seara (37 800) ştatlarında qeydə alınıb.