Beynəlxalq İqlim Konfransı təxirə salındı


Dünya 29 May 2020 09:05:00 151 0

Beynəlxalq İqlim Konfransı təxirə salındı

BMT-nin koronavirus səbəbiylə təxirə salınan İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-26) 26-cı Konfransı 2021-ci il noyabrın 1-dən 12-dək Qlazqoda keçiriləcək.

Trend-in TASS-a istinadən verdiyi məlumatına görə, bu barədə Britaniya hökuməti bildirib.

"Koronavirus böhranının öhdəsindən layiqincə gəlməyimizə baxmayaraq, iqlim dəyişikliyinin böyük problemlərini gözdən qaçırmamalıyıq. İndi "COP-26" üçün yeni tarixlər təyin olundu, biz beynəlxalq tərəfdaşlarımızla indidən 2021-ci ilin noyabr ayına qədər iqlimin qorunması mövzusunda iddialı bir proqram üzərində çalışırıq", - Krallığının Biznes, Enerji və Sənaye Strategiyası naziriAlok Şarma deyib.

Konfransın əvvəlcə bu ilin noyabr ayında Qlazqoda keçirilməsi nəzərdə tutulurdu. Sonuncu Ümumdünya İqlim Konfransı "COP-25" keçən ilin dekabr ayında Madriddə keçirildi və iştirakçıların son kommünikenin mətnində razılığa gələ bilmədiklərindən uğursuz başa çatdı. Razılıqın əldə edilməsinə əsas maneə istixana qazı tullantılarına nəzarət üçün xüsusi mexanizmlərin tətbiq edilməsini nəzərdə tutan Paris İqlim Sazişinin 6-cı maddəsi oldu. Aİ və BMT konfransın nəticələrindən dərin məyus olduqlarını ifadə edərək Qlazqo forumunda tullantıların azaldılması üzrə uzun müddətli strategiyanın razılaşdırılacağına ümid etdiklərini bildirdilər.