"YouTube"da "We Are One" beynəlxalq film festivalına start verilir


Digərləri 29 May 2020 09:10:00 163 0

"YouTube"da "We Are One" beynəlxalq film festivalına start verilir

Bu gün "YouTube"da "We Are One" beynəlxalq film festivalına start verilir.

Trend-in TASS-a istinadən verdiyi məluamta görə, bu barədə "Traybeki"nin rəsmi saytı xəbər yayıb.

Növbəti 10 gün ərzində Kann, Berlin, London, Venesiya, Tokio və "Sundance" də daxil olmaqla dünyanın 21 ən böyük festivalı qlobal kino onlayn-forumunda filmlər nümayiş etdirəcək.

Vahid beynəlxalq festival yaratmaq qərarı koronavirus pandemiyası ilə əlaqədar əksər milli festivalların ləğv edildiyi və ya daha sonrakı tarixə salındıqlarına görə qəbul edilib.