İndoneziya hökuməti koronavirusla bağlı əsas məhdudlaşdırıcı tədbirləri aradan qaldıracaq


Dünya 29 May 2020 07:34:00 131 0

İndoneziya hökuməti koronavirusla bağlı əsas məhdudlaşdırıcı tədbirləri aradan qaldıracaq

İndoneziya hökuməti koronavirusla bağlı ölkə ərazisində tətbiq olunmuş əsas məhdudlaşdırıcı tədbirləri iyunun 4-də aradan qaldıracaq. Bu, ölkənin əksər rayonlarında ictimai fəaliyyətin bərpasına şərait yaradacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İndoneziyanın İqtisadi məsələlər üzrə əlaqələndirici naziri Airlanqq Hartarto hökumətin prezident Coko Vidodonun sədrliyi ilə keçirilən iclasından sonra deyib.

Nazir bildirib: "Fövqəladə Fəlakətlərin Qarşısının Alınması Agentliyinin məlumatına görə, ölkənin 110 inzibati vahidi koronavirusudan azad zona elan edilib və buna görə də həmin ərazilərdə gündəlik fəaliyyət bərpa edilə bilər".

Bununla yanaşı, əlaqələndirici nazir qeyd edib ki, Cakarta, Açex, Riau, Şimali Klimantan, Maluku və Cambi də iyunun 4-dən buna hazır olacaq.

A.Hartarto şirkətləri məsafədən idarəçilikdən imtina edərək əməkdaşları ofislərdə işə cəlb etməyə çağırıb. İlkin mərhələdə bu fəaliyyətin 50 faizinin bərpa olunması nəzərdə tutulur.