Qətərin məşhur və unikal tikilisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb FOTO


Digərləri 29 May 2020 07:54:00 176 0

Qətərin məşhur və unikal tikilisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb  FOTO

Qətər Dövlətinin paytaxtı Doha şəhərinin məşhur və unikal tikilisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Son.az aktual.az-a istinadən bildirir ki, Qətər Dövlətinin paytaxtı Doha şəhərinin ən məşhur və unikal tikililərdən biri olan Şeraton otelinin binası üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı əks olunub.

28 May - Respublika günü münasibəti ilə baş tutmuş bu hadisə Qətərdə məskunlaşan soydaşlarımız tərəfindən rəğbətlə qarşılanıb, şəhərin yerli və əcnəbi sakinlərinin marağına səbəb olub.

Xatırladaq ki, indiyə qədər 2 dövlətin bayrağı bu binada işıqlandırılıb.