Braziliyada koronavirusa yoluxanların sayı 440 minə çatır


Dünya 29 May 2020 07:41:43 137 0

Braziliyada koronavirusa yoluxanların sayı 440 minə çatır

Braziliyada son bir gündə koronavirusa 26 417 yeni yoluxma qeydə alınıb.

Braziliyada son bir gündə koronavirusa 26 417 yeni yoluxma qeydə alınıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin saytında bildirilir.

Qeyd edilir ki, bununla dakoronavirusa yoluxanların ümumi sayı 438 238 nəfərə çatıb.

Ölkədə bir gün ərzində koronavirusla bağlı 1 156 ölüm təsdiqlənib. COVID-19 qurbanlarının ümumi sayı 26 754-ə yüksəlib.

Ölkədə virusa yoluxmuş 177 mindən çox insan sağalıb.Son sutkada 10 957 nəfərintəhükəlivirusdan xilas olması təsdiqlənib.

Koronavirusla bağlı ən ağır vəziyyət San-Paulu ştatındadır. Burada 95 865 virus daşıyıcısı qeydə alınıb, 6 980 nəfər pandemiyanın qurbanı olub. Rio-de-Janeyroda 44 886 nəfərin xəstəliyi aşkarlanıb, 4 856 insanın həyatını xilas etmək mümkün olmayıb.

Braziliya dünyada koronavirusa yoluxma hallarının sayına görə ABŞ-dan sonra ikinci yerədir.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.