Koronavirus MÖCÜZƏSİ Bu ölkə dünyanı yenə MAT QOYDU


Digərləri 29 May 2020 05:30:00 172 0

Koronavirus MÖCÜZƏSİ  Bu ölkə dünyanı yenə MAT QOYDU

Yaponiya COVID-19 pandemiyasına necə qalib gəldi və ya ictimai düşüncə tərzinin bunda rolu

Son.az konkret.az-a istinadən bildirir ki, mayın 25-də Yaponiyanın Baş naziri Şinzo Abe koronavirusa qarşı mübarizə məqsədilə apreldən ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejiminin aradan qaldırıldığını bəyan edib.

Elə bu başdan qeyd edək ki, bu gündoğar ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimi özünün orijinallığı - ciddi karantin tədbirlərinin tətbiq edilməməsi, kütləvi testlərin keçirilməməsi, dünyanın bir çox ölkələrində həyata keçirilən ciddi qadağaların olmaması ilə seçilirdi.

Belə olan şəraitdə Yaponiyanın çox qısa zaman kəsiyində bütün dünyanın mübarizə aparmaqda davam etdiyi koronovirus pandemiyasına necə qalib gəldiyi barədə suallara mütəxəssislərin cavabları ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.

Qeyd edək ki, Yaponiya hazırda dünyanın bir çox ölkələrində tətbiq edilən insanların hərəkətini izləmək üçün proqram əlavəsindən də istifadə etmədi. Bu ölkədə hətta COVID-19 pandemiyası ilə mübarizə üçün mərkəz belə yaradılmadı. Dünya Səhiyyə Təşkilatının əhalinin kütləvi şəkildə testdən keçirilməsi barədə çağırışına baxmayaraq, Yaponiya həmin xahişi də həyata keçirmədi. Son məlumatlara əsasən Yaponiyada həmin göstərici cəmi 0,2 faiz təşkil edir ki, bu da inkişaf etmiş ölkələr üzrə ən aşağı göstəricidir.

Lakin bütün bunlara baxmayaraq, Yaponiyada koronavirusa yoluxanların sayı dayanmadan azalmaqda davam edir. Son günlər ərzində koronovirusun ən çox yayıldığı Tokioda bu tək rəqəmlə hesablanır. Cons Hopkins Universitetinin məlumatına görə, Yaponiyada bu günədək cəmi 16 min 550 yoluxma faktı qeydə alınıb. Bu koronavirusa yoluxmadan ölənlərin ümumi sayı isə cəmi 850 nəfər təşkil edir. Qeyd edək ki, bu göstərici də böyük yeddiliyə daxil olan ölkələr arasında ən aşağıdır.

Bəs Yaponiyanın bütün ölkələr üçün problemə çevrilmiş bu epidemiyanın belə asanlıqla aradan qaldırmasının səbəbləri nədir? Bu sual həqiqətən də böyük bir müzakirənin mövzusu ola bilər və yapon alimlərin onun cavabı kimi təklif etdiyi variantlar xüsusi diqqətə layiqdir.

Qeyd edək ki, Yaponiyanın virusun yayılmağa başladığı Çinə coğrafi yaxınlığı, yerli əhali arasında yaşlıların çox sayda olması təbii ki, bu ölkəni daha böyük risk altında qoyur. Buna baxmayaraq, hökumətin daha ciddi addımlar atmamasının səbəbi kimi bir çox mühüm faktorların yaratdığı sistemi əsas göstərilir.

Həmin sistemə daxil olan faktorlar arasında mütəxəssislər təbii ki, ilkin olaraq yapon mentalitetini, tarixən formalaşmış milli xüsusiyyətləri, qarşılıqlı ünsiyyət, insanlar arasında təmas zamanı məsafənin saxlanması, ilin fəslindən asılı olmayaraq artıq uzun müddətdir ki, formalaşmış tibbi maska daşımaq mədəniyyətini, mövcud səhiyyə sisteminin epidemiyalara qarşı hazırlıq səviyyəsini, yapon intizamı və ictimai qaydalara yanaşma tərzini və digər bu kimi amilləri əsas kimi irəli sürürlər.

Təbii ki, yaponların bir-biri ilə görüş və ya vidalaşma zamanı yalnız müəyyən qədər əyildiklərini və əl vermədiklərini, hətta bəzi xalqlarda müşahidə edilən qucaqlaşma və öpüşmə kimi hallardan istifadə etmədiklərini əksəriyyət yaxşı bilir.

Başqa bir məqam digər ölkələrdən fərqli olaraq, yaponların nəfəs yollarında müəyyən bir nasazlıq hiss etdikdə tibbi maska taxmaq kimi vərdişinin olması göstərilir. Yaponiyaya yeni gəldiyim ilk gündən yaponlarda müşahidə etdiyim bu vərdiş yalnız məndə yox, sonralar görüşüb söhbət etdiyim bir çox əcnəbilərdə də təəccüb hissi doğurmuşdu. Bu ölkədə tibbi vasitələr satan mağazaların hamısında tibbi maskalar həmişə ön sırada yer alır və yaponlar yaşından asılı olmayaraq bu qoruyucu vasitəyə böyük diqqətlə yanaşırlar. Göründüyü kimi, bu yanaşma kəskin ehtiyac yarandığı halda həqiqətən də özünün doğruluğunu təsdiq etmiş oldu. Burada Yaponiyada əksər ictimai yerlərdə, xüsusən restoranlarda, mağaza və marketlərin giriş və çıxışlarında dezinfeksiyaedici vasitələrin yerləşdirilməsi təcrübəsini də qeyd etmək lazımdır. Hələ epidemiyadan çox-çox əvvəl bu məqam mənim diqqətimi cəlb etmişdi. Yaponiyada xüsusən böyük mağaza və marketlərin giriş və çıxışlarında xüsusi sprey şəklində plastik qablarda qoyulan bu vasitələrdən əvvəllər çox az insan istifadə etsə də, epidemiya dövründə onlara nə qədər ehtiyac olduğu özünü göstərmiş oldu. Məhz buna görə də bir çox ölkələrdə bu işi insanlar həyata keçirdiyi halda, Yaponiyada ona əlavə işçi qüvvəsinin cəlb edilməsinə ehtiyac yaranmadı.