Bu dərmanın istifadəsi DAYANDIRILDI Fransada


Dünya 29 May 2020 03:30:00 149 0

Bu dərmanın istifadəsi DAYANDIRILDI  Fransada

Fransada yeni növ koronavirusun (COVID-19) müalicəsində istifadə olunan hidroksiklorokin adlı dərmanın istifadəsi dayandırılıb.

Son.az xəbər verir ki, ölkənin rəsmi qəzetində dərc olunan fərmanda COVID-19-un müalicəsində hidroksiklorokinin istifadəsinə icazə verən əvvəlki qərarın ləğv edildiyi qeyd edilib.

Bu barədə qərarın ölkənin Ali Səhiyyə Şurasının tövsiyəsi ilə qəbul edildiyi bildirilir.

Xatırladaq ki, Fransada martın 27-dən etibarən xəstəxanalarda hidroksiklorokinin həkimlərin nəzarəti altında istifadəsinə icazə verilirdi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus isə mayın 25-də verdiyi açıqlamada koronavirus xəstələrinin müalicəsində istifadə edilən hidroksiklorokin dərmanının sınağının insanların təhlükəsizliyindən narahat olduqları üçün müvəqqəti olaraq dayandırıldığını bildirmişdi. (publika.az)