Əli Əsədov MDB ölkələrinin baş nazirləri ilə müzakirələr aparacaq


Siyasət 29 May 2020 01:33:21 167 0

Əli Əsədov MDB ölkələrinin baş nazirləri ilə müzakirələr aparacaq

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin videokonfrans formatında MDB ölkələrinin hökumətbaşçıları ilə koronavirusun yayılmasına qarşı mübarizə üzrə birgə səyləri müzakirə edəcək.

Əli Əsədov

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin videokonfrans formatında MDB ölkələrinin hökumət başçıları ilə koronavirusun yayılmasına qarşı mübarizə üzrə birgə səyləri müzakirə edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, videokonfransda Azərbaycanın Baş naziri Əli Əsədov da iştirak edəcək.

"Güman edilir ki, hökumət başçıları MDB çərçivəsində qarşılıqlı iqtisadi fəaliyyətin aktual məsələlərinə, həmçinin koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə birgə səylərə diqqət ayıracaqlar", - Rusiya Nazirlər Kabinetinin xəbərində deyilir.

MDB hökumət başçılarının şura iclasının gündəliyinə 15 məsələ daxildir. Onlar arasında MDB ölkələrinin ticarət-iqtisadi əməkdaşlığının əsas istiqamətlərini müəyyən edən 2030-cu ilə qədər iqtisadi inkişaf strategiyası layihəsi, həmçinin birləşmə çərçivəsində bir sıra başqa sənədlər var.

Videokonfransda kooperasiya və iqtisadi, nəqliyyat-logistika, energetika, mədəni-humanitar sferası üzrə mövzular müzakirə ediləcək. İclasın nəticəsinə görə nəqliyyat, energetika, təhsil, mədəniyyət, gənclər siyasəti, bədən tərbiyəsi və idman sahələrindəqarşılıqlı fəaliyyətin inkişafı haqqında birgə sənədlərin qəbulu nəzərdə tutulur.

Bu il MDB-yə Özbəkistan sədrlik edir, buna görə iclas həmin ölkənin Baş naziri Abdulla Aripovun sədrliyi ilə keçəcək. A.Aripovdan, M. Mişustindən, Azərbaycanın Baş naziri Əli Əsədovdan başqa iclasda həmçinin, Belarusun hökumət rəhbəri Sergey Rumas,Qazaxıstanın baş naziri Askar Maminvə digər ölkələrin baş nazirləri, hökumət başçılarının müavinləri iştirak edəcəklər.