Xorultu təhlükəli xəstəliyin əlaməti imiş


Digərləri 28 May 2020 23:20:00 164 0

Xorultu təhlükəli xəstəliyin əlaməti imiş

Xorultu yalnız əsəbləşdirən səs-küy deyil, həm də son dərəcə təhlükəli bir xəstəliyin mümkün əlaməti kimi qəbul edilməlidir.

Radio Sputnik xəbər verir ki, yüksək ixtisaslı otolaringoloq Aleksey Koşelyev izah etdiyi kimi, obstruktiv yuxu apneası yuxuda on saniyəyə qədər davam edə biləcək tənəffüs gecikmələrinə səbəb olur. Bu zaman oksigen çatışmazlığı meydana gəlir. Bu isə ürək-damar sisteminin işini cddi şəkildə pozur.

Həmçinin gecə xoruldayan şəxs gün ərzində özünü yorğun hiss edir və baş ağrılarından da əziyyət çəkir.

Bundan əlavə, xorultu uşaqlar üçün da son dərəcə təhlükəlidir.

"Uşaq oksigen almır və buna görə bədəni inkişaf etmir", -  deyə həkim izah edir.