Nokia dünyadakı ən yüksək 5G sürətini əldə etdi


Digərləri 28 May 2020 22:45:00 170 0

Nokia dünyadakı ən yüksək 5G sürətini əldə etdi

Nokia mayın 19-u Texasdakı OTA şəbəkəsində ən yüksək 5G sürətini əldə etdiyini açıqlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, şirkətin qeydə aldığı sürət həddi 4.7 Gbps olub.

Mütəxəssislər bu sürət həddinin gələcəkdə texnoloji inqilablara səbəb olacağını düşünürlər. Onların fikrincə, bu nəticə komandanın yüksək səviyyədə işləməsinə işarədir. Bildiriblər ki, bu yenilik dünyada yalnız 5G texnologiyasının inkişafını deyil, eyni zamanda TeraHerz sisteminin inkişafı üçün də "maassive MIMO" və "Open Ran" üsullarından başqa da texnologiyaların olduğunu sübut edib.

Bu, texnologiyanın daha yüksək 5G sürət həddinə çatacağına da ümid yaradıb.