Futbol üzrə İtaliya çempionatı 20 iyunda bərpa olunacaq


Digərləri 28 May 2020 22:36:00 164 0

Futbol üzrə İtaliya çempionatı 20 iyunda bərpa olunacaq

Koronavirus pandemiyası səbəindən dayandırılan futbol üzrə İtaliya çempionatı iyun ayının 20-də bərpa olunacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin idman naziri Vinçenso Spadafora deyib.

Xatırladaq ki, çempionat mart ayının əvvəlində koronavirusun yayılması ilə bağlı dayandırılıb.

İtaliya çempionatının turnir cədvəlində 26 oyunda 63 xal qazanan Turinin "Yuventus" klubu liderdir. İkinci yerdə 26 oyundan sonra 63 xalla Romanın "Lasio" komandası, üçüncü yerdə isə 25 oyunda 54 xal qazanan Milanın "İnter" komandası gəlir.