Səhhətimiz üçün ən təhlükəli şirniyyatlar açıqlanıb


Digərləri 28 May 2020 22:20:00 152 0

Səhhətimiz üçün ən təhlükəli şirniyyatlar açıqlanıb

Ən təhlükəli şirniyyatlar tərkibində çoxlu miqdarda şəkər və trans yağları olanlardır.

Son.az faktxeber.com-a istinadən bildirir ki, bu barədə həkim dietoloq Elena Solomatina "Veçernaya Moskva"ya müsahibəsində bəyan edib.

Məlumata görə, trans yağları şirniyyatda marqarinin əvəzedicisi olaraq istifadə olunur.

Ümumiyyətlə, parlaq rəngləri olan şirniyyat almaq tövsiyə olunmur. Bu ilk növbədə "ponçik"lərə aiddir. Həkimin sözlərinə görə, bu yemək "mədə üçün bir bomba" dır: "Təəssüf ki, bu məhsullar istehsalda çox ucuz olduğu üçün çox satın alınır".

Bundan başqa elastik rezini xatırladan marmeladdan da çəkinməyə çağrılıb. Həqiqi marmeladda - agar-agar, sünilərində isə kimyəvi qatılaşdırıcılardan istifadə olunur.