İşlərimizi qisa zamanda effektiv həll etməyin yollari


Digərləri 28 May 2020 21:55:00 151 0

İşlərimizi qisa zamanda effektiv həll etməyin yollari

Biz elə bir həyatda yaşayırıq ki,  bir anda milyonlarla hadisə baş verir. Əksəriyyətimiz üçün  bir neçə işi eyni anda həll etməyə çalışmaq, zamanla ayaqlaşmağımızı düşünməyə və hiss etməyə vadar edir.

Amma bir problem var: yalnız insanların 2%-i eyni anda bir neçə tapşırığı həll etməyə qadirdir. Bu o deməkdir ki, insanların  98% -i  öz işlərini vaxtında həll etmək üçün yalnız təlaş içində olurlar.

Aşkardır ki, bizim beynimiz bir neçə işi eyni anda həll etmək üçün yetərli deyil. Beyin bir neçə tapşırıqla eyni anda qarşılaşdıqda "dona" bilər. Araşdırmalar göstərir ki,  biz çox tapşırıqlı rejimdə işlədikdə beynimiz onları həll etmək əvəzinə diqqətimizi tez bir şəkildə bir tapşırıqdan digərinə yönləndirir.

Fəaliyyət planı

Son.az dushunce.az-a istinadən bildirir ki, iİnsanların əksəriyyəti eyni anda bir neçə tapşırığı  həll etməyə yönümlü olmasına baxmayaraq, araşdırmalara görə, insanlara bir tapşırıq üçün diqqəti toplamaq   çətin olduğu halda , bir neçə tapşırıq üçün lazım olan diqqəti toplamaq daha da çətindir.

Ruhdan düşməyə tələsməyin. Əgər siz paralel şəkildə bir neçə tapşırığı yerinə yetirməyə gücünüzün yetmədiyini qəbul edirsinizsə , o zaman diqqətinizi bir işə yönləndirəcək və o işi ziyansız həll etməyə kömək edəcək məsləhətlərdən yararlana bilərsiniz:

Telefonu söndürün: Sizə işi həll etməyə mane olacaq hər şeyi təcrid edin - telefonu, televizoru və sizə mane olacaq digər vasitələri söndürün.

İş planı tərtib edin: Əgər siz kompyuter qarşısında yaxud evdə çox vaxt keçirirsinizsə, bu sizə daha da faydalı olacaq. Gününüzə uyğun qrafik tərtib edin - hər tapşırığa müəyyən vaxt təyin edin. Bunu edərkən , yemək aralarını və istirahət vaxtlarını unutmayın.  Beləliklə, siz işləməyə başlayan zaman nə etməli olduğunuzu biləcəksiniz. Həmçinin, bu sizə vaxtınızı sosial şəbəkələrdə boşuna keçirməyi əngəlləyəcək.

Məqsədlər qoyun: Bir işi etməmişdən əvvəl onu hansı məqsədlə edəcəyinizi yaxşı-yaxşı düşünün.  Əgər sizin dəqiq məqsədiniz yoxdursa , siz rahatlıqla öz işinizdən yayınmaya başlayacaqsınız.  Yeni tapşırığı həll etməyə başlamamışdan əvvəl onun fəaliyyətini planlaşdırmaq üçün müəyyən vaxt ayırın.

Sağlam səhər yeməyi qəbul edin: Sağlam səhər yeməyi diqqətinizi gücləndirər və işgörmə potensialınızı artırar.