Prezident İlham Əliyev: Azərbaycan Xalq Cəbhəsinin əsas məqsədi hakimiyyətə gəlmək və olanqalan sərvətləri talamaq idi


Siyasət 28 May 2020 21:44:00 78 0

Prezident İlham Əliyev: Azərbaycan Xalq Cəbhəsinin əsas məqsədi hakimiyyətə gəlmək və olanqalan sərvətləri talamaq idi

Azərbaycan Xalq Cəbhəsinin əsas məqsədi hakimiyyətə gəlmək və olan-qalan sərvətləri talamaq idi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Bakıda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Mən bunu dəfələrlə bildirmişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.

Ancaq yenə də bu məsələ ilə məşğul olanda hər zaman mən keçmişə qayıdıram, tarixə qayıdıram və sual verirəm. Nə üçün torpaqlarımız işğal altına düşdü? Necə oldu ki, biz bu torpaqları qoruya bilmədik? Necə oldu ki, ermənilər xarici dəstəyin hesabına torpaqları işğal etdilər, insanları öz doğma torpaqlarından didərgin saldılar? Mən bu suallara cavabı bilirəm və Azərbaycan xalqı da bilir. Amma yenə də həmişə fikirləşirəm ki, əgər o vaxt Azərbaycanın başında Heydər Əliyev olsaydı, heç vaxt bir qarış torpaq da düşmən tərəfindən işğal edilə bilməzdi. Çünki onun dövründə Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda elə bir möhkəm iradəyə sahib idi ki, bir nəfər erməni də səsini çıxara bilmirdi. Düzdür, Moskvaya, Siyasi Büroya donoslar yazırdılar ki, guya onları orada incidirlər və yaxud da onlar diskriminasiyaya uğrayırlar. Hamısı yalan idi. Çünki iqtisadi göstəricilər var, onlar göstərir ki, Dağlıq Qarabağda yaşayan insanlar heç də Azərbaycanın o biri torpaqlarında, rayonlarda yaşayan insanlardan pis yaşamayıblar. Ancaq Heydər Əliyevin qətiyyəti, iradəsi, cəsarəti imkan vermirdi ki, orada bir dənə də olsun hadisə baş versin. Ondan əvvəl - 1960-cı illərdə hadisələr baş verib. Ancaq Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayandan sonra və Bakıdan Moskvaya gedənə qədər orada heç bir hadisə olmayıb. Mən şəxsən atamla birlikdə Dağlıq Qarabağda olmuşam, Xankəndidə, Şuşada. Mən o ab-havanı görmüşəm, 1980-ci illərin əvvəllərində həm qış aylarında, - o məşhur fotolar, videolar var, - həm də yaz aylarında. Orada - həm Xankəndidə, həm də başqa yerlərdə heç bir problem yox idi.

Mənim gözümün qabağında ermənilər Heydər Əliyevin qarşısında fərəqət durmuşdular, onu salamlayırdılar. Orada Azərbaycan dilində poeziya günü keçirilmişdir. Erməni, Azərbaycan şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Heydər Əliyevin qətiyyəti, iradəsi, cəsarəti, müdrikliyi imkan vermirdi ki, bir dənə də erməni baş qaldırsın. Şuşada olan zaman o qədim Azərbaycan şəhərinin tarixini görərkən biz bir daha görürdük ki, bizim nə qədər böyük tarixi irsimiz var. Yadımdadır, Ulu Öndər ev-muzeyləri, Üzeyir Hacıbəylinin ev-muzeyi haqqında və digər göstərişlər vermişdi ki, Azərbaycan mədəniyyəti orada daim yaşasın. Ermənilər və burada yerli satqınlar Heydər Əliyev Moskvada işləyəndə donoslar, anonim məktublar yazırdılar. Aydın məsələdir ki, Heydər Əliyev amili qoymurdu ki, ermənilər baş qaldırsınlar. Buradakı satqınlar, xainlər, Azərbaycan millətinin düşmənləri donos yazırdılar. İndikilər də yazırlar. O vaxt Siyasi Büroya yazırdılar. Bunlar isə bizdən Qərb ölkələrinə donos yazırlar. İndiki milli satqınlar dediyim o cinayətkar ünsür dəstəsi o vaxtın donos yazanlarından fərqlənmirlər. Onlar da özlərinə başqa ölkədə himayədar axtarırdılar, bunlar da. Onların da, bunların da əsas məqsədi hakimiyyətdir, nəyin bahasına olursa-olsun. Bax, buna görə torpaqlar işğal altına düşüb. Baxın, Heydər Əliyev Siyasi Bürodan, Sovet İttifaqının Nazirlər Sovetindən yüksək vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş nə baş verdi? Bir erməni millətçisi məqalə ilə çıxış etdi ki, Dağlıq Qarabağ Ermənistana verilməlidir. Özü də harada? Fransa qəzetində. Artıq erməni diasporu bu işlərə qoşulmuşdu. Sovet İttifaqının başında dayanan adamlar da öz ermənipərəst mövqeyi ilə fərqlənmişlər. Biz bunu yaxşı bilirik və artıq hərəkət başladı. O vaxt Azərbaycan hakimiyyəti nə etdi? 1987-ci ilin noyabrı idi. Heydər Əliyev vəzifədən gedəndə sonra cəmi iki həftə keçmişdi. Buradakılar neylədilər? Heç nə. Veclərinə də almadılar. Onlar elə bil ki, bu torpağın övladları deyildilər. Biganə qaldılar, reaksiya vermədilər. Vəziyyəti nəzarət altında saxlaya bilmədilər və nəticə etibarilə, çox da keçmədi, təxribat törədildi. Bu tarixə bu nöqteyi-nəzərdən baxın. Cəmi 3-4 ay keçdi, 1988-ci ilin fevral ayında Sumqayıt təxribatı törədildi. Nə idi o təxribat. Erməni quldurları orada dəstə yaradıb bir neçə ermənini öldürüb bunu Azərbaycan xalqının ayağına yazdılar. Bu da tarixi faktlardır.

İstintaqı biz aparmamışıq. İstintaqı Moskvadan gələn istintaq qrupu aparırdı. Orada bilindi ki, bu dəstənin başında dayanan ermənidir. Onun təcavüz etdiyi şahidlər üzünə demişdilər, o kadrlar var. Onun qətlə yetirdiyi insanların qohumları, yaxınları demişdilər ki, bizi öldürən budur. Baxın, sonra nə olur? Bu adam həbs olunur, ona hökm verilir. Bir ildən sonra o cəza çəkmək üçün Ermənistana göndərilir. Ermənistanda nə edirlər? Onu buraxırlar. Yaxşı, bu adam erməniləri öldürüb, bu da təsdiq olunub, istintaq materialları var. Nə üçün siz onu buraxırsınız? Deməli, bu, bəri başdan qurulmuş təxribat idi. Bu təxribatı ermənilər törədiblər, sonra yıxıblar Azərbaycan xalqının üstünə. Bu da onlara fürsət verib ki, Dağlıq Qarabağ məsələsini qaldırsınlar. Bax, budur tarix. Azərbaycan hakimiyyəti nə edib? Heç nə. O vaxt Azərbaycanın başında duran adam bilmirdi ki, Moskvanın o çinovniklərinin dabanını necə yalasın. Budur milli rəzalət. Sovet İttifaqı dağılandan sonra bir neçə ay keçmədi, dərhal Xocalı soyqırımı törədildi. Azərbaycan hakimiyyəti öz vətəndaşlarını qoruya bilmədi. Xalqımıza qarşı qanlı cinayət, soyqırımı törədildi. Ondan bir neçə ay sonra - 1992-ci ilin may ayında Şuşa və Laçın işğal olundu. Kimdir günahkar? Azərbaycan Xalq Cəbhəsi. Bir nömrəli günahkar odur. Əlbəttə, o vaxtkı hakimiyyətin də günahı var. Çünki öz şəhərlərimizi qoruya bilmədi. Ancaq Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanət etmişdi. Şuşanın guya müdafiəsini təşkil edən adamlar satqınlıq edib, xəyanət edib, qaçıb gizlənmişdilər. Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Az kontingentlə oranı illərlə müdafiə etmək olar, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Belə də oldu. Sonra Laçını da satdılar. Hakimiyyətə gəldilər. Onların əsas məqsədi hakimiyyətə gəlmək və olan-qalan sərvətləri talamaq idi.

Azərbaycan Xalq Cəbhəsinin cinayətkar əməlləri bununla bitmir. Ondan sonra onların yarıtmaz fəaliyyəti nəticəsində Kəlbəcər işğal olundu. Müdafiəni düzgün qura bilməmişdilər. Kim quracaqdı müdafiəni? Kim məşğul idi müdafiə ilə? Hərbi işdən heç bir xəbəri olmayan savadsız və xəyanətkar adamlar. Kim idi dövlətin başında? Xalq arasında heç bir hörməti olmayan boşboğaz. Kim gətirdi saldı bizim xalqımızı bu bəlaya? Onlar. O vaxt Heydər Əliyev olsaydı, qoyardımı ki, belə vəziyyət yaransın? Ona görə biz bunu bilməliyik. Kəlbəcər əldən gedəndən sonra neylədilər? Vəziyyəti bərpa etmək əvəzinə başladılar öz ordumuza qarşı mübarizəyə. Burada torpaqlar əldən gedir, onlar isə Gəncəni bombalayırdılar. Kəlbəcər, Laçın, Şuşa rayonları işğal olunandan sonra Dağlıq Qarabağla Ermənistan arasında bağlantı yarandı. Onlar isə Gəncəni bombalayırlar. Kim edib onu? Azərbaycan Xalq Cəbhəsi. Bu gün elə orada-burada fırlananlar da bu işdə əli olan cinayətkarlardır. Xalq da buna dözmədi, bunları süpürdü birdəfəlik atdı. Məhz ondan sonra Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi və vəziyyət sabitləşdi.

Budur səbəbkarlar, budur tarixi həqiqətlər. Bu gün vəziyyəti düzəltmək, torpaqları işğaldan azad etmək üçün nə qədər böyük səylər göstərilir. Ancaq Aprel döyüşləri və uğurlu Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər.

Qoz suyunun faydları like
  • 28 May 21:40  
Digərləri Qoz suyunun faydları

Həm çərəz kimi, həm şirniyyatlarda, salatlarda və sair formada istifadə

arrow Ətraflı
Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı məlum oldu - STATİSTİKA like
  • 28 May 21:31  
Sosial Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı məlum oldu - STATİSTİKA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronav

arrow Ətraflı
Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cümhuriyyəti like
  • 28 May 21:31  
Siyasət Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cümhuriyyəti

Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cümhuriyyə

arrow Ətraflı
Niva yenidən Lada olub like
  • 28 May 21:30  
Digərləri Niva yenidən Lada olub

Rusiyanın patent üzrə "Rosstandart" agentilinin açıq bazasında,

arrow Ətraflı
Azərbaycan Prezidenti: Məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır like
  • 28 May 21:21  
Siyasət Azərbaycan Prezidenti: Məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır

Məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır.

arrow Ətraflı
Dietoloq birbiri ilə `yola getməyən` qida birləşmələrindən danışdı like
  • 28 May 21:20  
Digərləri Dietoloq birbiri ilə `yola getməyən` qida birləşmələrindən danışdı

Bəzi məhsulların adət etdiyimiz məşhur birləşmələri düşündüyümüz

arrow Ətraflı
İtaliyada koronavirusdan sağalanların sayı 150 mini keçib like
  • 28 May 21:16  
Dünya İtaliyada koronavirusdan sağalanların sayı 150 mini keçib

İtaliyada koronavirus infeksiyasına yoluxmuş şəxslərin sayı 47 986-ya eni

arrow Ətraflı
İsveç 5Gyə keçən ilk ölkə oldu like
  • 28 May 21:15  
Digərləri İsveç 5Gyə keçən ilk ölkə oldu

İsveçin "Tele2" telekom şirkəti ilk dəfə 5-ci nəsil kabelsiz mo

arrow Ətraflı
SpaceX tarix yazır: ilk özəl insanlı kosmik uçuşa sayılı günlər qalıb like
  • 28 May 21:10  
Digərləri SpaceX tarix yazır: ilk özəl insanlı kosmik uçuşa sayılı günlər qalıb

SpaceX şirkətinin uzun zamandır, üzərində çalışılan insanlı kosmik u

arrow Ətraflı
Prezident: "Məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır" like
  • 28 May 21:09  
Sosial Prezident: "Məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır"

"Nəzərə alsaq ki, ümumiyyətlə Azərbaycanda 300 mindən çox məcburi kö

arrow Ətraflı
İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətindən danışdı like
  • 28 May 21:05  
Siyasət İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətindən danışdı

"Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir".

arrow Ətraflı
Koronavirusun yayılmasında günahkar hesab edilən qadın like
  • 28 May 21:03  
Dünya Koronavirusun yayılmasında günahkar hesab edilən qadın

Koronavirusun yayılmasa səbəb olduğu hesab edilən qadın uzun zamandan sonr

arrow Ətraflı