Koronavirusdan psixoloji qorunma


Digərləri 28 May 2020 21:50:00 167 0

Koronavirusdan psixoloji qorunma

Bugünlərdə dünyanı cənginə almış koronavirus təhlükəsi həyatımızın mərkəzində baş rol oynamaqdadır. Ölkəmizdə koronavirusun insanlara nəinki bioloji, fiziololiji bunlardan daha çox psixoloji təsirlərini müşahidə edirik.  Xüsusilə sosial şəbəkələrə baxdıqda virus haqqında davamlı olaraq doğru-yalnış hədsiz sayda məlumatlara rast gəlirik. Bu da koronavirusla bağlı panika-narahatlıq-qorxu hissinin daha da artmasına səbəb olur.

Əlbəttə ki, qorxu-narahatlığın müəyyən hədd daxilində olması bizi qoruyur, mövcud təhlükəyə zamanında reaksiya verməyimizi,  mübarizə aparmağımızı, qoruyucu tədbirlər almağımızı təmin edir. Amma həddini aşdıqda özümüzü gərgin, çarəsiz, bədbəxt hiss edir, məntiqə sığmayan fikirlərə qapılırıq.

Müşahidə etdikdə görərik ki hazırda insanlarda əsasən iki qism narahatlıq  halı mövcuddur.

Birinci halda insanlar bütün günü virusla bağlı xəbərləri izləyirvə buna da anında  psixoloji və somatik olaraq reaksiya verir. Aşırı təmizlik, aşırı əl yuma, yaxınlarını itirmə qorxusu, yoluxma qorxusu, hər an sayıqlıq, həyəcan-təşviş vəziyyətində olmaq, yuxu pozuntuları, qidalanma pozuntuları, mövcud somatik xəstəlik və narahatlıqların artması halları baş verir.

Ikinci halda isə insanlar bütün günü evdə oturmaq , hərəkətetmə məhdudiyyəti, gündəlik vərdişlərin pozulması  ilə bağlı olaraq əsəb,  stress halları yaşayırlar ki, bu da ailədaxilində bir sıra narahatlıqlara gətirib çıxarır. Sanki hər gün evdən çöldə baş verən qaçhaqaç hallarını indi evlərimizin içində yaşayırıq: Uşaqların onlayn dərsləri, işləri onlayn olaraq idarə etmək, nəzarətdə saxlamaq, ev işləri, valideyn məsuliyyətləri. Üstəlik bunu dar bir areal çərçivəsində edirik.

Doğrudur,alışmaq çətindir, alışmaq biraz vaxt aparır. Alışmaq fərdi-psixoloji xüsusiyyətlərdən asılı olaraq bir sıra psixoloji narahatlıqlar gətirir.

Birinci halda koronanın psixoloji hücumundan qorunmaq üçün nə edə bilərik?