Niva yenidən Lada olub


Digərləri 28 May 2020 21:30:00 180 0

Niva yenidən Lada olub

Rusiyanın patent üzrə "Rosstandart" agentilinin açıq bazasında, əvvəllər Chevrolet Niva adı ilə tanınan Lada Niva modeli üçün Nəqliyyat növünün təsdiqlənməsi (OTTS) sənədi aşkar edilib. Sənəddə modelin istehsal ediləcəyi iki zavodun adı göstərilib: "Lada Zapad Tolyatti" (keçmiş GM-AvtoVAZ) və Qazaxıstan bazarı üçün maşın istehsal edən "SaryarkaAvtoProm".

Son.az autograph.az-a istinadən bildirir ki, Lada Niva modelinə verilmiş sertifikat 13 may 2023-cü ilə qədər etibarlıdır. Lada Niva Chevrolet markası altında buraxılmış modeldən yalnız radiator barmaqlığındakı "qayıqla" fərqlənir və texniki cəhətdən dəyişilməyib. Lada Niva 80 at qüvvəsi hasil edən 1,7-litrlik benzin mühərriki, beş pilləli mexaniki ötürmələr qutusu, tam ötürmə sisteminə və ikipilləli paylayıcı qutu ilə təchiz edilir.

Niva bir və ya iki ön hava yastığı, multimedia sistemi, arxa görüntü kamerası, kondisioner, qızdırılan və elektriklə tənzimlənən güzgülər ilə təchiz olunur. Sənədə görə, avtomobil beşyerli və ya arxa cərgədə iki oturacağı olan dördyerli konfiqurasiyada ola bilər.

2019-cu ilin dekabrında AvtoVAZ və General Motors şirkətləri AvtoVAZ-GM birgə müəssisəsinin AvtoVAZ şirkətinə verilməsi barədə razılaşmaya gəliblər. Birgə müəssisə AvtoVAZ şirkətinə keçdikdən sonra, "Lada Zapad Tolyatti" adlandırılıb.