Yeni nəsil Porsche 911 modeli iki versiyada debüt edib FOTO


Digərləri 28 May 2020 21:01:00 132 0

Yeni nəsil Porsche 911 modeli iki versiyada debüt edib  FOTO

Porsche şirkəti 911 Targa modelinin yeni nəslini təqdim edib. Sportkar üçün üçüncü kuzov növü olan "tarqanı" hazırlamağa alman istehsalçısına bir il yarım vaxt gərək olub. Xatırladaq ki, əfsanəvi idman avtomobilinin yeni nəsli 2018 (kupe) və 2019-cu (kabriolet) illərin əvvəlində nümayiş olunub. İndi isə, 992 seriyasından olan kupe və kabrioletə keçən əsrin 60-cı illərinin tarixi Porsche modellərinə ithaf olunmuş Targa modifikasiyası da qoşulub.

Son.az autograph.az-a istinadən bildirir ki, yeni modifikasiyasının inşası üçün baza 911 kabrioleti olsa da, almanlar bel xəttindən yuxarıdakı hissəni yenidən hazırlamalı olublar. Qatlanan yumşaq tavanı və güclü gümüşü dirəyi olan şüşə başlıqdan ibarət ekstravaqant dam təkmilləşdirilib - qatlanma mexanizmi daha güclü servoötürücülər ilə təchiz olunubdur ki, bu da damın açılıb-bağlanmasına 19 saniyədən az vaxt sərf etməyə imkan verir.

Bundan başqa, Targa xüsusi təhlükəsizlik sisteminə malik olub: dam açılanarkən, elektronika arxa tərəfədə sərt manenin olmasına diqqət yetirir və 50 santimetrdən daha yaxın məsafədə maneə aşkar edərsə,  qapağın zədələnməməsi üçün əməliyyatın başlanmasına icazə vermir.

Yeni nəsil Porsche 911 Targa sportkarı iki variantda debüt edib və hər iki avtomobil də ənənəvi olaraq tam ötürməlidir. Porsche 911 Targa 4 və 911 Targa 4S modelləri 911 Carrera sportkarından tanış olan 3,0-litrlik oppozit turbomühərriki ilə təchiz edilirlər.

911 Targa 4 modeli 385 at qüvvəsi və 450 Nm fırlanma anına sahib olub ki, bu da əvvəlki nəsildə olduğundan 15 at qüvvəsi çoxdur. 911 Targa 4S modelinin mühərrikinin hasilatı isə 450 at qüvvəsinə (+20 a.q.) və 530 Nm (+30 Nm) qədər artırılıb. Hər iki mühərrik 8-pilləli PDK robotu ilə tandemdə çalışır.

Sport Chrono paketi quraşdırılmış 911 Targa 4 modeli 100 km/saat həddinə sürətlənmək üçün 4,2 saniyə (əvvəlkindən 0,1 saniyə az) sərf edir. 911 Targa 4S modelinə isə bu işə 3,6 saniyə (əvvəlkindən 0,4 saniyə az) tələb olunur. Maksimum sürət, müvafiq olaraq, 289 və 304 km/saatdır (əvvəlki modellərdən, müvafiq olaraq, 2 və 3 km/saat daha çox)

Maraqlıdır ki, Porsche şirkəti yeni 911 Targa modelinin mexaniki ötürmələr qutusunu ilə təchiz edilmiş variantını qoruyub-saxlayıb - alman istehsalçısı sportkarı 7-pilləli mexaniki transmissiya ilə də təklif edir. Doğrudur, mexaniki qutu yalnız 911 Targa 4S modifikasiyası üçün təklif olunur.

Lakin, qutu Sport Chrono paketinə daxil olduğu üçün, demək olar ki, pulsuz başa gələcəkdir. Ancaq, belə halda, avtomobil dinamikada itirəcəkdir: 100 km/saat həddinə sürətlənməyə 3,6 saniyə əvəzinə 4,4 saniyə sərf ediləcəkdir. Eyni göstəriciyə Sport Chrono paketi olamayan 385 qüvvəli 911 Targa 4 modeli malikdir.

Tam ötürmə ilə yanaşı, idman avtomobilinin hər iki versiyası, standart olaraq iki rejimi olan PASM adaptiv asqı sistemi ilə təchiz edilirlər. Targa 4S həm də dartma vektoruna nəzarət sistemi ilə də fərqlənir, eyni zamanda əlavə ödənişlə tam idarələnən şassini və aktiv köndələn dayanıqlılıq stabilizatorlarını sifariş etmək olar.