Dietoloq birbiri ilə `yola getməyən` qida birləşmələrindən danışdı


Digərləri 28 May 2020 21:20:00 176 0

Dietoloq birbiri ilə `yola getməyən` qida birləşmələrindən danışdı

Bəzi məhsulların adət etdiyimiz məşhur birləşmələri düşündüyümüz qədər faydalı olmaya bilər.

Son.az faktxeber.com-a istinadən bildirir ki, bunu endokrinoloq-nutritionist, tibb elmləri namizədi Ekaterina İvannikova "Komsomolskaya Pravda"ya açıqlamasında deyib.

Mütəxəssisə görə, kakaoya süd yerinə su əlavə olunmalıdır. Bunun səbəbi, kakao dənəsində olan oksalik turşusu kalsiumun mənimsənilməsinə maneə törətməsidir.

İvannikova eyni zamanda urolitiyaz (böyrəklərdə və sidik yollarında lokallaşdırılmış sərt kristal daşlar) xəstələri üçün "kakao və süd" birləşməsindən çəkinməyə çağırdı, çünki süd yağı kakao oksalatının udulmasını artırır - bunlar xəstəliyin əsas səbəbidir.

Doktor, ağ çörəklə mürəbbə, ya cem birlikdəliyindən çəkinməyi də tövsiyə edir, çünki sürətli karbohidratların ikiqat porsiyası qan şəkərində kəskin bir atışa səbəb olur.

İvannikova kəpəklərin südlə birlikdə istifadəsinə də qarşı çıxıb, çünki onların tərkibində fitik turşusu var, hansı ki, kalsiumla birləşdikdə həll olunmayan birləşmələr əmələ gəlir.