Nikotin asılılığının yeni təhlükəsi müəyyən edilib


Digərləri 28 May 2020 20:50:00 156 0

Nikotin asılılığının yeni təhlükəsi müəyyən edilib

Siqaret çəkmə, şizofreniya və depressiyanın inkişafına kömək edir, bu psixi pozğunluqların inkişaf riskini demək olar ki, iki qat artırır.

Son.az faktxeber.com-a istinadən bildirir ki, britaniyalı genetiklərin bu barədə araşdırması "Psychological Medicine" jurnalında dərc edilib.

Alimlər İngiltərədəki yarım milyondan çox insanın DNT-sini təhlil ediblər.

Məlum olub ki, şizofreniya və depressiya olan insanlar elmi təcrübənin digər iştirakçılarına nisbətən daha çox siqaret çəkirlər.

Bundan əlavə, nikotin asılılığı olan britaniyalılar siqaret çəkməyənlərə nisbətən iki dəfə çox şizofrenik olublar və iki dəfə xroniki depresiyaya düşmə halına gəliblər.