Elon Muskın övladının adını dəyişməsi gülüş doğurdu


Digərləri 28 May 2020 20:15:00 137 0

Elon Muskın övladının adını dəyişməsi gülüş doğurdu

Elon Musk-ın övladına X Æ A-12 Musk adını verməsi sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Amerika qanunlarına görə, insan adında rəqəmlərdən istifadənin qadağan olması Musk-ı övladının adını dəyişməyə vadar edib. Amma Tesla rəhbərinin həyat yoldaşı Grimes Musk-ın tvitter hesabında açıqladığı yeni ad da xeyli təəccüblə qarşılanıb.

Son.az ted.az-a istinadən bildirir ki, o, yeni adın  X Æ A-Xii olduğunu açıqlayıb. Bildirib ki, yeni adda 12 rəqəmi Roma saylarına görə Xİİ ilə ifadə olunub. Grimes bu adı daha çox bəyəndiklərini vurğulayıb.

Qeyd edib ki, A Xİİ Elon Musk-ın gələcək Archangel 12 adlı təyyarəsinə  işarədir.