Məşhur aktyor öldü


Digərləri 28 May 2020 18:54:00 183 0

Məşhur aktyor öldü

Məşhur aktyor, "Flash Gordon" və "The Bill"in ulduzu Toni Skannell 74 yaşında vəfat edib.

Son.az Axşm.az-a istinadən xəbər verir ki, sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb.

Agnes Lillis adlı xanımla ailəli olan, 3 uşaq atası Toni uzun müddətdir mediadan uzaq sakit bir həyat yaşayırdı. Britaniyada çox sevilən və önəmli biri olan aktyorun vida mərasiminin nə vaxt olacağı hələ açıqlanmayıb.