Bakı polisi: Azyaşlının dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb


Sosial 28 May 2020 18:37:33 147 0

Bakı polisi: Azyaşlının dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb

“Suraxanı rayonunda azyaşlıya atası tərəfindən xəsarət yetirilməsi və məcburi əməyə cəlb edilməsi ilə bağlı yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılır”.

“Suraxanı rayonunda azyaşlıya atası tərəfindən xəsarət yetirilməsi və məcburi əməyə cəlb edilməsi ilə bağlı yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılır”.

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, azyaşlının məcburi əməyə -dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb:"Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində aparılan araşdırmalarla müəyyən olunub ki, azyaşlı evə gec gəldiyi üçün atası onu tənbeh etmək məqsədilə parçla (qulplu su qabı) övladına xəsarət yetirib.Fakt üzrə təhqiqat davam etdirilir, ailə üzvləri və digər yaxınlarının izahatları alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".