AMB istehlakçıların hüquqlarının qorunması məqsədilə xüsusi layihə hazırlayır


İqtisadiyyat 28 May 2020 18:56:29 163 0

AMB istehlakçıların hüquqlarının qorunması məqsədilə xüsusi layihə hazırlayır

AMB istehlakçıların hüquqlarının qorunması məqsədi ilə xüsusi layihə hazırlayır

“Sığortanın əlçatanlığının təmin edilməsi məqsədilə elektronlaşmaya xüsusi diqqət yetirilir. Bu da istehlakçıların sığorta məhsullarına əlçatanlığında əhəmiyyətli rol oynayır”

“Report”un məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal QurbanovAzTV-nin efirində yayımlanan "İqtisadiyyat xəbərləri" verilişində bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyətdə həm icbari sığorta növləri, həm də könüllü sığorta növləri üzrə sığorta xidmətlərinin elektron qaydada aparılması təmin edilib: “Həmçinin sığorta məhsullarının təmin edilməsi, sığorta hadisəsi baş verdikdən sonra sığorta hadisələrinin tənzimlənməsində elektronlaşma və elektron vasitələrdən istifadə edilməsi sığorta şirkətlərinə tövsiyə edilib”.

V.Qurbanov deyibki, istehlakçıların hüquqlarının qorunması məqsədilə Mərkəzi Bank istehlakçılar vəsığorta şirkətlərilə görüşlər keçirir, ekspertlərlə müzakirələr aparır: “Hazırda istehlakçıların hüquqlarının qorunması məqsədilə xüsusi layihə üzrə işlər davam etdirilir. Bu dəyişikliklər qanunvericilikdə də öz əksini tapacaq”.