Ronaldonun sevgilisi məşhur jurnalın üz qabığında


Digərləri 28 May 2020 18:14:00 195 0

Ronaldonun sevgilisi məşhur jurnalın üz qabığında

"Yuventus"un hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes "Women's Health" jurnalının Portuqaliya nəşrinin üz qabığına çəkilib.

Son.az Publika.az-a istinadən xəbər verir ki, Corcina yeni fotolarını İnstaqram səhifəsində paylaşıb.

Ağ rəngli alt paltarında olan Rodriqes fotolara "Həyat tərzimlə bağlı olan jurnalın ilk üz qabığı" sözlərini yazıb. İzləyicilər Ronaldonun sevgilisinin bədən quruluşuna tərif dolu sözlər yazıblar.

Ronaldo ilə Corcinanın Alana Martina adlı bir qızı var. Cütlük futbolçunun surroqat anadan dünyaya gələn daha 3 övladını böyüdür.