Çinin baş naziri ABŞ-a çağırış edib


Dünya 28 May 2020 17:23:10 168 0

Çinin baş naziri ABŞ-a çağırış edib

Li Kesyan: "Bununla belə sosial, mədəni və tarixi sistemədə fikir ayrılığı qaçılmazdır"

“ABŞ-Çin münasibətlərinin pisləşməsi bütün dünyaya ziyan vuracaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çinin Dövlət Şurasının sədri Li Kesyan bildirib.

O deyibki, iki ölkə arasında son zamanlar münasibətlər yeni problem və çətinliklər yaradır.

Baş nazirqeyd edib ki, əməkdaşlıqdan həm Pekin, həm də Vaşinqtonudur, münaqişədən isə hər iki tərəfitirir: “Ona görə də mövcud anlaşılmazlığın tənzimlənməsi vacibdir. Bir çox sahələrdə ABŞ və Çinin birgə səyinə ehtiyac var. İlk növbədə, bu müxtəlif problemlərə qarşı birgə təsir etmək imkanlarıdır. Ölkələrimizin iqtisadiyyatı bir-biri ilə çox əlaqəlidir. Bununla belə sosial, mədəni və tarixi sistemdə fikir ayrılığı qaçılmazdır. Çin-ABŞ münasibətlərinin qaydasına düşməsi hər iki ölkə xalqlarının və dünyanın bütün sakinlərinin maraqlarına cavab verir”.