"Tünzaləyə kömək edəndə insanlar bizi öldürürdü"


Şou-biznes 28 May 2020 17:14:00 173 0

"Tünzaləyə kömək edəndə insanlar bizi öldürürdü"

Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində sənət adamlarına etdikləri yardımlardan bəhs edib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, proqramda müğənni Nurlan Əzizbəylinin evinin pis vəziyyətdə olması müzakirə edilib. Zaur xərçəngdən əziyyət çəkən Tünzalə Əliyevadan da söz açıb:

"Nurlan istedadsız, bacarıqsız deyil. Sənətkara aid olan bacarığın hamısı onda var. Niyə o, bu vəziyyətdə yaşayır? Heç kimin çiyin, boyun borcu yoxdur Nurlana, başqa sənətkara zəng etsin. İnsanları niyə ona kömək etmədi deyə qınamamalıyıq. Hər kəsin öz ailəsi var.

Tünzalə Əliyevaya kömək etdik, az qaldı insanlar bizi öldürsün".