Daşınmaz əmlakın icbari sığortası haqlarının yığımı 67%-dək artıb


İqtisadiyyat 28 May 2020 17:06:39 144 0

Daşınmaz əmlakın icbari sığortası haqlarının yığımı 67%-dək artıb

Daşınmaz əmlakı üzrə sığorta şəhadətnamələrinin elektronlaşdırılması layihəsinin də bu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır

Bu ilin yanvar-aprel aylarında daşınmaz əmlakın icbari sığortası, eləcə də daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqlarının yığımı ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 66,6% və 5,3% artıb.

“Report”un məlumatına görə, bunu AzTV-nin efirindəyayımlanan "İqtisadiyyat xəbərləri" verlişindəİcbari Sığorta Bürosununicraçı direktoru Rəşad Əhmədovbildirib.

Onun sözlərinəgörə,daşınmaz əmlak üzrəsığorta şəhadətnamələrinin elektronlaşdırılması layihəsinin də bu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır:“İcbari Sığorta Bürosu elektron informasiya sistemi vasitəsi ilə sığortalılara və sığorta şirkətlərinə elektron sığorta şəhadətnamələrini yaratmağaimkan verir. Koronavirus pandemiyası dövründə digər sahələrdə olduğu kimi, sığorta sahəsində də elektronlaşmanın nə qədər əhəmiyyətli olduğunu bir daha anlamış olduq”.