Rusiya bəyan etdi:


Dünya 28 May 2020 17:09:00 164 0

Rusiya bəyan etdi:

2030-cu ildən sonra Yer orbitində yeni bir kosmik stansiya quracağıq.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə "Roskosmos"un rəhbəri Dmitri Roqozin çıxış edib.

"Stansiya əvvəllər Beynəlxalq Kosmik Stansiyaya göndərilməsi planlaşdırılan modullardan ibarət olacaq. Artıq iki modulumuz var. Biri əlaqə modulu, digəri isə yeni stansiyamızın elektrik ehtiyaclarını qarşılayacaq enerji moduludur. Biz onlara daha bir neçəsini əlavə etməyi planlaşdırırıq", - Roqozin qeyd edib.