Sumqayıt sakinindən 1.6 kq heroin götürüldü


Sosial 28 May 2020 15:18:14 151 0

Sumqayıt sakinindən 1.6 kq heroin götürüldü

Bakıda narkotiklərin qanunsuz dövriyəsinə qarşı əməliyyatlar keçirilib

Bakıda narkotiklərin qanunsuz dövriyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş B.Əhmədovdan 1 kiloqram 65,706 qram heroin götürülüb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları isə istixanada kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlayıblar.

Maştağa qəsəbə sakini, əvvəllər məhkum olumuş Ə.Cavadovun həyətindəki 25 ədəd çətənə kolu və 495 qram marixuana aşkar edilərək götürülüb.