Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən...


Digərləri 28 May 2020 14:05:00 171 0

Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən...

Xəbər verdiyimiz kimi Azərbaycanda karantin rejim mayın 31-nə kimi uzadılıb. Mayın 31-dən sonra növbəti yumşalmaların olması gözlənilir. Mayın 31-dən sonra yas və toy mərasimlərinin, kütləvi yığıncaqların keçirilməsinə icazə verilə bilərmi?

Son.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, bununla bağlı qərarlar hökumət və Operativ Qərargah tərəfindən verilir:

"Operativ Qərargah dünyada və ölkədə mövcud vəziyyəti analiz etdikdən sonra yumşalmalara qərar verir. Bilirsiniz ki, dünən yoluxanların sayı keçən günlərə nisbətən daha çox olub. Təəssüf ki, insanlarımız Operativ Qərargahın qoyduğu qaydalara və tövsiyyələrə əməl etmir.

Nəticədə də ölkə ərazisində koronavirusa yoluxanıların sayı üç rəqəmliyə qədər yüksəlib. Vətəndaşlarımız sanki bu xəstəlik yoxmuş kimi davranırlar. Çölə çıxan zaman qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə etmir, sosial məsafəni qorumadan toplu şəkildə gəzirlər. Bununla da vətəndaşlarımız özlərinin və yaxınlarının sağlamlığını təhlükə altına atırlar. Təəssüf ki, hələ də koronavirusun vaksini tapılmayıb.