Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


Dünya 28 May 2020 13:09:00 185 0

Yaponiya turistlərə gündəlik 185 dollar verəcək

Yaponiya hökuməti turistlər üçün gündəlik 185 dollar məbləğində xüsusi vauçerlər tətbiq etməyi planlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu qərar ölkənin koronavirus pandemiyasında zərər çəkmiş turizm sektoruna yardım məqsədilə qəbul edilib.

Plana əsasən, turistlərə verilən məbləğ gündəlik xərclərin yarısını ödəməyə imkan verəcək. Çeklər kafe, restoran və mağazalarda qəbul olunacaq.

Turistin həmin vauçerleri ala bilməsi üçün Yaponiyada hotel bron etməsi vacibdir.