Azərbaycan Türkiyədən kimyəvi məhsul idxalını artırıb


Digərləri 28 May 2020 12:21:00 164 0

Azərbaycan Türkiyədən kimyəvi məhsul idxalını artırıb

2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 25,32 faiz artaraq 118,778 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Aprel ayında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2019-cu ilin apreli ilə müqayisədə 25,37 faiz artıb və 36,622 milyon dollara bərabər olub.

Yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına kimyəvi məhsulların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz azalaraq 6,044 milyard dollar təşkil edib.

Kimyəvi məhsulların ixracının Türkiyənin bu müddət ərzində ümumi ixracında payı 11,7 faizə bərabər olub.