Polis tərəfindən saxlanılarkən özünə xəsarət yetirən şəxs xəstəxanada ölüb

Sosial 28 May 2020 12:04:04 167 0

Polis tərəfindən saxlanılarkən özünə xəsarət yetirən şəxs xəstəxanada ölüb

“Mayın 27-də Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Mirəli Aydəmirovdan narkotik maddə olan heroin və metamfetamin götürülüb".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”a açıqlamasında bildirib ki, həmin şəxs polisdən yayınmaq məqsədilə saxlanılarkən özünü yerə çırpıb, baş və bədənini yerə vurub.

DİN rəsmisi qeyd edib ki, nəticədə M.Aydəmirov müxtəlif bədənxəsarətləri alıb.

E.Zahidov deyib ki,o, dərhal polis əməkdaşları tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb: “Həkimlərin səyinə baxmayaraq, Mirəli Aydəmirovunhəyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanadadünyasını dəyişib. Hazırda faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır”.

Xatırladaq ki, M.Aydəmirov narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olunub.