Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20dən çox xəstəxana ayrılıb


Digərləri 28 May 2020 11:29:00 156 0

Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20dən çox xəstəxana ayrılıb

"Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən çox xəstəxana ayrılıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Xəzər regionunda COVID-19-u müzakirə etmək üçün keçirilən onlayn konfransda deyib.

Onun sözlərinə görə, bundan əlavə, hər birində 200 çarpayılıq 10 müasir modul tipli xəstəxananın tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Həmçinin laboratoriya müayinələri, virusun diaqnozu və müalicəsi üçün lazım olan tibbi ləvazimatlar alınaraq xəstəxanaların təchizatı gücləndirilib. Azərbaycan pandemiya ilə mübarizədə ilk gündən etibarən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görür:

"Pandemiya zamanı bizim üçün prioritet məsələ insan sağlamlığı və sosial təminatın qorunmasıdır. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Ölkəmizdə 24 mart tarixindən xüsusi karantin rejimi tətbiq olunur".