"Aqrar İnkişaf Könüllüləri” Təşkilatı 3 mindən çox gənci öz ətrafına toplayıb


Digərləri 28 May 2020 09:56:00 150 0

"Aqrar İnkişaf Könüllüləri” Təşkilatı 3 mindən çox gənci öz ətrafına toplayıb

""Aqrar İnkişaf Könüllüləri" Təşkilatı karantin rejimi dövründə sosial məsuliyyət prinsipi əsasında yardıma ehtiyacı olan ailələrin müəyyən edilməsi, onlara psixoloji və maddi dəstəyin göstərilməsi məqsədilə həyata keçirdiyi "Kənd Sovqatı" layihəsi çərçivəsində 1 200 ailəyə yardım edib".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamsında "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının sədri Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, təşkilatın könüllüləri pandemiyaya qarşı həyata keçirilən tədbirlərdə fəal iştirak edib, həmçinin xüsusi karantin rejimi dövründə də öz fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkəmizin hərtərəfli və davamlı inkişafına mühüm töhfə vermək üçün ciddi səylə çalışdığını bildirib.

"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının ölkə üzrə fəaliyyət göstərən nümayəndəlikləri mövcuddur. Təşkilatımızın da təşəbbüs qrupunda yer aldığı 10 aparıcı könüllü təşkilatı tərəfindən yaradılan, 18 təşkilat və hərəkatı əhatə edən "Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi" (AKƏM) ilə birlikdə bir çox layihələr həyata keçiriblər. Onlar xüsusi karantin rejimi müddətində bir sıra layihələr və bir sıra aksiyalar reallaşdırıblar. Bunların sırasında "Kənd Sovqatı", "Öyrənən Fermer", "Fermerin Dostu" layihələrini, "Oxu Paylaş", həmçinin, AKƏM çərçivəsində həyata keçirilmiş "Könüllü Qonşu", "Könüllü Donor" və "Bir-birimizi qoruyaq!" sadalamaq olar.

K.Əliyev bildirib ki, "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının təşkilatçılğı ilə "Öyrənən Fermer" layihəsi çərçivəsində fermerlər arasında sorğular keçirilib, onların təlim ehtiyacları öyrənildikdən sonra 300-dən çox fermerin bilik və bacarıqlarını artırmaq məqsədilə nazirliyin qurumlarının, həmçinin elmi-tədqiqat institutlarının mütəxəssisləri tərəfindən onlara onlayn təlimlər keçirilib:

"Fermerin Dostu" layihəsi çərçivəsində isə yaşı 65-dən yuxarı olan fermerlərə sosial xidmətlərin göstərilməsi, təchizat, kommunal ödənişlərinin aparılması, gündəlik ərzaqların alınması kimi xidmətlər göstərilib. Onlardan hazırkı problemlərdən qaynaqlanan məsələlərlə bağlı sorğular götürülüb. Maliyyə, hüquq, subsidiya haqqında olan suallar cavablandırılıb. Biçinlə əlaqədar olaraq növbəliyin qorunması məqsədilə fermerlər məlumatlandırılıb. Onlara məlumat xarakterli çap materialları paylanılıb.