Karantin vaxtı "ölən" kişi dəfnindən bir ay sonra evə qayıtdı


Dünya 28 May 2020 09:45:00 170 0

Karantin vaxtı "ölən" kişi dəfnindən bir ay sonra evə qayıtdı

Şri Lankada koronavirus pandemiyasının tüğyan etdiyi bir dönəmdə öldüyü deyilən və cansız bədəni ailəsi tərəfindən dəfn edilən şəxs 1 ay sonra evinə qayıdıb.

Son.az NewsWire-yə istinadən xəbər verir ki, Dandirirs Fereyra adlı yaşlı şəxsin bir ay boyunca koronavirus səbəbiylə elan edilən küçəyə çıxma qadağası səbəbiylə evinə dönə bilmədiyi deyilir. Dəfn edilən cənazənin isə kimə aid olduğu hələ də müəyyənləşdirilməyib.

Dandiris Fereyra başına gələn olayla bağlı danışarkən "Evə gəldiyimdə hər kəs şok olmuşdu. Onlara olanları danışmaq üçün polislə evə gəlməyim lazım idi. Öz məzarını görən ilk şəxs ola bilərəm" deyib.