İranda sabiq mer parlamentinin spikeri seçilib


Dünya 28 May 2020 09:25:00 166 0

İranda sabiq mer parlamentinin spikeri seçilib

Məhəmməd Baqir Qalibaf İran Parlamentinin spikeri seçilib. 

Son.az APA-ya istinadən xəbər verir ki, İran Parlamentinin bugünki iclasında açıq səsvermə zamanı sabiq mer Məhəmməd Baqir Qalibaf 240 deputatdan 166-nın dəstəyini alıb.

Bu posta iddia edən digər namizədlərdən professor Fridun Abbasi Davani 17, sabiq mədəniyyət naziri  Seyid Mustafa Mirsəlim 12 səs alıb.

Qeyd edək ki, M.B.Qalibaf 2008-ci ildən parlamentin sədri postunu tutan Ə.Laricanini əvəz edəcək.