Elektron ticarətin yeni növü Robot vasitəsilə alışveriş


Digərləri 28 May 2020 08:15:00 166 0

Elektron ticarətin yeni növü  Robot vasitəsilə alışveriş

Koronavirus pandemiyası onlayn ödəmə üsulları və elektron ticarətin arealının genişlənməsinə səbəb olub.

Hindistanlı bir mühəndis isə marketə getmədən, məsafədən alış-verişin daha kreativ yolunu tapıb.

Son.az ted.az-a istinadən bildirir ki, hindistanlı mühəndis bunun üçün oyuncaq avtomobil hissələri və mobil telefondan istifadə edib. Alış-verişi bu robot vasitəsilə edənlər onlayn ödənişdən yararlanmalı  olurlar. Ərzağı isə ünvana mühəndisin hazırladığı robot çatdırır.

Robotun 30 kiloqrama qədər yük daşıya bildiyi iddia edilir.