Damarları dəqiqliklə tikən robot hazırlandı


Digərləri 28 May 2020 08:25:00 144 0

Damarları dəqiqliklə tikən robot hazırlandı

Diametri 0.3 millimetrədək olan, damarları tikə bilən robot hazırlanıb.

Son.az ted.az-a istinadən bildirir ki, mikrocərrahiyyə üçün hazırlanmış qurğunun insan üzərində ilk sınaqları uğurlu həyata keçirilib. Bu haqda Eyndhoven Texnologiya Universitetinin alimləri məlumat veriblər.

Bu, mikrocərrahiyyə əməliyyatı zamanı son dərəcə kiçik damarların birləşdirilməsi (diametri 0,3-dən 0,8 millimetrədək) üçün nəzərdə tutulan yeni metoddur. Bu metod əksər hallarda limfedema (adətən süd vəzisi xərçənginin müalicəsindən sonra yaranan və şişə çevrilən xəstəlik) ilə mübarizədə istifadə olunur.

Hazırda yalnız az sayda cərrah mikrocərrahiyyə əməliyyatı keçirmək qabiliyyətinə malikdir. Robot bu işdə onlara kömək edəcək.

Tədqiqatçılar limfedema zamanı cərrahi yardım ala bilən xəstələrin sayını artırmaq üçün avtomatlaşdırılmış sistem ("MUSA") hazırlayıblar.