Conson iyunun 18də Brüsseldə "Brexit" üzrə danışıqlarda iştirak edəcək


Dünya 28 May 2020 08:43:00 148 0

Conson iyunun 18də Brüsseldə "Brexit" üzrə danışıqlarda iştirak edəcək

Böyük Britaniyanın baş naziri Boris Conson iyunun ikinci yarısında Brüsselə səfər edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Böyük Britaniyanın baş nazirinin Avropa İttifaqı ilə danışıqlardakı nümayəndəsi Devid Frost deyib.

Onun sözlərinə görə, səfər zamanı son 4 ayda ilk dəfə B.Consonun Avropa liderləri ilə "Brexit" üzrə danışıqları baş tuta bilər.

D.Frost qeyd edib ki, səfər çərçivəsində Böüyk Britaniyanın baş naziri danışıqların formal qiymətləndirilməsi üçün Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və Avropa Şurasının sədiri Çarlz Mişel ilə görüşə bilər.