Cənubi Koreyada daha 79 nəfər koronavirusa yoluxub
Dünya 28 May 2020 08:53:00 168 0
Cənubi Koreyada ötən sutka ərzində yeni növ koronavirusa daha 79 nəfər yoluxub.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən (KCDC) xəbər verilib.
Bildirilir ki, yoluxma hallarından 68-i yerli əhalidə, digərləri isə xaricdən gələn vətəndaşlarda qeydə alınıb. Koronavirusa yoluxanların ümumi sayı 11 344 nəfərə çatıb.
Qeyd edilir ki, ötən sutka ərzində koronavirusdan ölüm qeydə alınmayıb və ölənlərin sayı 269 nəfər səviyyəsində qalıb. Hazırkı dövrədək 10 340 nəfər koronavirusdan sağalıb.
Mənbə: milli.az